Bakı,TurkicWorld
Zəlzələ üzrə mütəxəssis Prof. Dr. Naci Görür Ərzurumda səhər saatlarında baş vermiş zəlzələ barədə danışıb.
TurkicWorld xəbər verir ki, bu barədə o X sosial media hesabında paylaşım edib.
O, zəlzələnin Karayazı Fay xətti üzərində olduğunu bildirib.
Qeyd edək ki, Türkiyənin Ərzurum şəhərində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata əsasən, zəlzələ Pasinler rayonunda yerli vaxtla saat 04:30-da qeydə alınıb.
Zəlzələnin 14 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Erzurum, Taşlıyurt-Pasinler’de 4,5 sığ bir deprem oldu. Yanal atımlı Karayazı Fay Zonu üzerinde. Doğu Anadolu sıkışıyor. 6 Şubat depremlerinin bunda ekstra bir etkisi olmalı. Geçmiş olsun pic.twitter.com/NK2jSqzOe3
— Prof. Dr. Naci Görür (@nacigorur) January 8, 2025