Bakı, TurkicWorld
Türkiyənin 38 vilayətində FETÖ terror təşkilatına qarşı aparılan əməliyyatlar çərçivəsində son iki həftədə 63 şübhəli saxlanılıb, onlardan 36-sı həbs edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında paylaşdığı məlumatda qeyd edib.
Saxlanılan şəxslərə terror təşkilatına üzv olmaq, maliyyə təmin etmək və sosial mediada FETÖ təbliğatı aparmaq ittihamları ilə cinayət işi açılıb.
Ankara, İzmir və İstanbul da daxil olmaqla ölkənin 38 vilayətində həyata keçirilən əməliyyatlar nəticəsində məhkəməyə çıxarılan şübhəlilərdən 2-si məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.