Son dəqiqə

Hakan Fidan

Silahlanma dünyanı nüvə müharibəsi təhlükəsi ilə üz-üzə qoya bilər- Hakan Fidan

Bakı, TurkicWorld

Bu, dünyanı uçurumun kənarına, hətta nüvə müharibəsi təhlükəsinə sürükləyə bilər.

TurkicWorld xəbər verir ki, Hakan Fidan bu sözləri TRT-nin bu il 8-ci dəfə təşkil etdiyi TRT World Forum 2024-də “Müharibə və Nizam: Dəyişən Dünyada Geosiyasi Dəyişiklikləri İstiqamətləndirmək” adlı sessiyanın açılışında çıxış edərkən bildirib.

Beynəlxalq sistemin siyasi, hərbi, iqtisadi və ekoloji çağırışlar gətirdiyini deyən Fidan bu çağırışlar üçün kritik geosiyasi dövr keçirdiyimizi bildirib.

Getdikcə daha da dərinləşən qütbləşmənin olduğunu deyən Fidan, "Buradakı sistem bizi buna itələyir, bu da bizi yeni müttəfiqlərə itələyir. Nəticədə beynəlxalq təhlükəsizlik arxitekturası getdikcə zəifləyir" deyib.

Yaxın Şərq və Asiya Sakit Okean bölgəsində silahlanmanın artdığına diqqət çəkən Fidan, "Bu, dünyanı uçurumun kənarına, hətta nüvə müharibəsi təhlükəsinə gətirib çıxara bilər" vurğulayıb.

Digər tərəfdən texno-siyasətlərin beynəlxalq tarazlığa təsir etdiyini deyən Fidan, süni intellekt və kibertəhlükəsizlik sistemlərinin də təhdid algısını artırdığını qeyd edib.

Mövzuya görə xəbərlər