Son dəqiqə

Türkiyə

Türkiyədə FETÖ və PKK-ya qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

Ankarada FETÖ/PDY və PKK/KCK terror təşkilatlarına qarşı aparılan iki ayrı istintaq çərçivəsində nəzarətə alınan 47 şübhəlidən 23-ü həbs edilib.

TurkicWorld xəbər verir ki, İAnkara Respublika Baş Prokurorluğu məlumat verib.

İstintaq çərçivəsində 35 FETÖ/PDY şübhəlisindən 33-ü tutulub. Saxlanılan şübhəlilərdən 14-ü həbs edilib, 19-u məhkəmə nəzarətinə götürülüb, 2 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Başqa bir araşdırmada isə 15 PKK/KCK şübhəlisindən 14-ü tutulub. Şübhəlilərdən 9-u həbs edilib, 5-i məhkəmə nəzarətinə götürülüb, bir nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ankara Respublika Prokurorluğu FETÖ/PDY istintaqında şübhəli bilinən 35, PKK/KCK istintaqında isə 15 şübhəli barəsində 26 noyabr çərşənbə axşamı günü həbs qərarı çıxarıb.

Mövzuya görə xəbərlər