Son dəqiqə

Türkiyə

Türkiyədə mindən çox qeyri-qanuni miqrant saxlanılıb

Bakı, TurkicWorld

Türkiyədə qeyri-qanuni miqrantlara qarşı keçirilən genişmiqyaslı “KALKAN-32” əməliyyatı zamanı min 626 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, əməliyyatla bağlı açıqlamasını sosial media hesabından yayımlayıb.

Yerlikaya açıqlamasında ,”Ölkə daxilində keçirilən 'Kalkan-32' əməliyyatlarında 13-i xarici ölkə vətəndaşı olmaqla cəmi 55 miqrant qaçaqmalçılığı təşkilatçısı və 1626 qeyri-qanuni immiqrant tutuldu. Təsbit edilən qeyri-qanuni immiqrantların vətənə qaytarılması üçün prosedurlar başlamışdır”.- deyə bildirib.

Mövzuya görə xəbərlər