Bakı, TurkicWorld
Terrorsuz Türkiyə dinc, firavan və təhlükəsiz Türkiyə deməkdir. Terrorla heç bir yerə nail olmaq mümkün deyil.
TurkicWorld xəbər verir ki, bu sözləri MHP sədri Devlet Bahçeli partiyasının qrup toplantısında çıxış edərkən söyləyib.
“Türkiyənin və türk millətinin tarixi mübarizəsini ləyaqətlə davam etdirməyə borcluyuq.Millətimizin arasına ayrı-seçkilik toxumu səpməyi demokratik hüquq olaraq tərif və təvil edən ucubə insanlıq defoları ilə ortaq bir gələcəyin istiqamətində getmək, əlbəttə ki, imkan və ehtimal xaricidir.Kürd qardaşlarımızı istismar edən, övladlarını zorla dağlara aparan, qan udduran, duyğularını oyadan bütün separatçı və terrorçular bir anda itirməyə və bunun əvəzini ödəməyə məhkumdurlar. Terrorsuz Türkiyə dinc, firavan və təhlükəsiz Türkiyə deməkdir”.- deyə Bahçeli bildirib.
MHP Genel Başkanı Devlet Bahçeli, partisinin grup toplantısında konuşuyor. https://t.co/F42FpCuEZq
— TRT Haber Canlı (@trthabercanli) November 26, 2024