Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Qırğızıstana gedib

Bakı, TurkicWorld

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının (TDT) 11-ci Zirvə Toplantısında iştirak etmək üçün Qırğızıstana gedib.

TurkicWorld xəbər verir ki, fəxri qarovul dəstəsini apronda qarşılayan Ərdoğanı İstanbul valisi Davud Gül və digər rəsmi şəxslər yola salıb.

Eyni zaman da, Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Kamal Memişoğlu və digər şəxslər müşayiət ediblər.

Qeyd edək ki, noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) növbəti on birinci Zirvə Toplantısı keçiriləcək.

Mövzuya görə xəbərlər