Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan

Qəzzəyə 85 min tondan çox yardım çatdırdıq- Ərdoğan

Bakı, TurkicWorld

Misir vasitəsilə Qəzzaya 85 min tondan çox yardım çatdırdıq.

TurkicWorld xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Mərkəzində 40-cı COMCEC Toplantısının Açılış Proqramında çıxış edərkən bildirib.

“Türkiyə olaraq İsrailin törətdiyi soyqırıma qarşı ilk gündən ən qətiyyətli mövqe tutan ölkələrdən biriyik. Biz bütün imkanlarımızla bacı-qardaşlarımıza kömək etməyə çalışırıq. Misir vasitəsilə Qəzzaya 85 min tondan çox yardım çatdırdıq. Qəzzaya ən çox yardımı çatdıran ölkə bizik.”- deyə, Ərdoğan qeyd edib.

Ərdoğan İsraillə ticarəti tamamilə dayandırdıqlarını açıqlayıb.

“Qəzza soyqırımına cavab olaraq biz İsraillə ticarət əlaqələrini tamamilə dayandırdıq. 9,5 milyard dollarlıq ticarət həcmindən imtina etdik. Soyqırımı törədənlərin məsuliyyətə cəlb edilməsi üçün Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırım işinə müdaxilə etmək üçün müraciət etdik.”- deyə, dövlət başçısı bildirib.

Mövzuya görə xəbərlər