Son dəqiqə

Türkiyə Livan Hakan Fidan

Türkiyə vətəndaşlarını daşıyan gəmi Beyrutdan ayrılıb

Bakı,TurkicWorld

Livanda olan türk vətəndaşlarını daşıyan gəmi Beyrutdan ayrılaraq, Mersinə doğru yola düşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan sosial media hesabında açıqlama verib.

Fidan Livandakı türk vətəndaşlarını təxliyyə edəcək gəminin Beyrutdan ayrılaraq Mersinə doğru hərəkət etdiyini açıqlayıb.

Fidan bildirib ki, türk vətəndaşlarını təxliyyə edəcək gəmi Beyrutdan ayrılaraq Mersinə doğru hərəkət edib. O qeyd edib ki, bu əməliyyat Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə həyata keçirilir və Türkiyə bölgədəki müharibənin yaratdığı humanitar böhran qarşısında Livan xalqına humanitar yardım göstərməkdə davam edəcək.

Fidan onu da vurğulayıb ki, Türkiyə bölgə xalqına və xaricdəki vətəndaşlarının təhlükəsizliyinə diqqət yetirərək lazımi addımlar atır.

Mövzuya görə xəbərlər