Son dəqiqə

Türkiyə Yılmaz Tunc

Türkiyə də ölüm geri qaytarıla bilər

Bakı, TurkicWorld

Türkiyə cəza infaz sistemində 2 ildən az cəza alanlar da artıq həbs cəzası ilə üzləşəcəklər.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç, Prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı cəza infaz sistemindəki dəyişikliklərə dair açıqlama verib.

Tunç bildirib ki, yeni sistemə görə 2 ildən az cəza alanlar da həbs cəzası ilə üzləşəcəklər.

Tunç, cəza infaz sistemində yaxşı davranış endiriminin ictimaiyyətdə narahatlıq yaratdığını ifadə edərək, bu mexanizmin yenidən nəzərdən keçirildiyini açıqlayıb. Belə ki, yaxşı davranış endirimi və sınaq müddəti hər cinayət üçün tətbiq edilməyəcək, bəzi cinayətlər üçün bu endirim ümumiyyətlə mümkün olmayacaq.

Nazir məhkəmə-hüquq islahatları istiqamətində görülən işlər barədə də əhəmiyyətli açıqlamalar verib. O, Məhkəmə-Hüquq İslahatları Strategiyası Sənədinin hazırlandığını və bu sənəd üzərində 1,5 ildir ki, iş aparıldığını vurğulayıb.

Cəzasızlığın qarşısını almaq üçün bəzi hüquqi tənzimləmələr aparılacaq. Xüsusilə, az cəza müddətləri ilə bağlı cəmiyyətdə narahatlıqlar olduğu üçün, artıq 2 ildən az müddətə azadlıqdan məhrum edilən şəxslər də həbs cəzası çəkəcəklər.

Bununla yanaşı, kataloq cinayətlərinin dairəsinin genişləndirilə biləcəyini və yeni cinayət növlərinin əlavə edilməsinin mümkün olduğunu qeyd edib.

Nazir Tunç, 10-cu Məhkəmə Paketi ilə bağlı təklifin də yaxın zamanda komissiyaya təqdim olunacağını və bu paketdə məhkəmə prosesini sürətləndirmək, gecikmələrin qarşısını almaq üçün mühüm məsələlərin əhatə olunacağını açıqlayıb.

Tunç, Konstitusiyanın ilk 4 maddəsinin müzakirə mövzusu olmadığını bir daha vurğulayıb. O, Parlament sədrinin də bu mövzuda heç bir niyyətinin olmadığı, yeni konstitusiya qurmaq cəhdlərinin kompromis yolu ilə həyata keçirildiyini və Türkiyənin yeni konstitusiyaya ehtiyacı olduğunu qeyd edib.

Nazir həmçinin sonda faktlarla bağlı araşdırmaların başladığını və qanunu pozan əməllərə qarşı lazımi cəza tədbirlərinin görüləcəyini bildirib. Heyvanlarla bağlı qanunun məqsədinin onların öldürülməsi deyil, əksinə, onların həyatını qorumaq və küçələrin təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər