Bakı, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkian ilə görüşüb.
TurkicWorld xəbər verir ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka səfər edib.
Ərdoğan səfər zamanı Türkevində bəzi rəsmilərlə görüşüb.
Ərdoğan Anadolu Agentliyinin hazırladığı “Dəlil” və “Şahid” kitablarını Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Baş Prokuroru Xana təhvil verib.
Həmçinin Küveytin Vəliəhdi Şeyx Sabah Xalid Əl-Həməd Əl-Sabah Ərdoğanla görüşmək üçün Türkevinə gedib.
İran prezidenti Pezeşkian da Ərdoğanla görüşmək üçün Türkevinə gedib. Pezeşkiyan girişdə MİT müşaviri İbrahim Kalın tərəfindən qarşılanıb.
İki tərəf arasındakı görüş mətbuata qapalı keçirilib.