Bakı, TurkicWorld
Sudana təslim edilmək Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) rəhbərliyi ilə hazırlanan 2 min 955 ton humanitar yardım materialını daşıyan gəmi Mersin Beynəlxalq Limanından yola salınıb.
TurkicWorld xəbər verir ki, AFAD və Mersin Valiliyinin koordinasiyasında, Xarici İşlər Nazirliyi, Türk Qızıl Aypara Cəmiyyəti və 12 qeyri-hökumət təşkilatının dəstəyi ilə Sudana yardım işlərinə başlanılıb.
Ərzaq, gigiyena, sığınacaq və sağlamlıq ləvazimatları, generatorlar, çadırlar və səyyar sobalardan ibarət 2 min 955 ton yardım limanda "Dəniz Atı" adlı gəmiyə yüklənib.
AFAD-ın sədr müavini Hamza Taşdelen limanda təşkil edilən vida mərasimində ikinci yardım gəmisini Sudana göndərdiklərini bildirib.
Mersində yola saldıqları ilk gəminin 19 iyulda Sudana çatdığını bildirən Taşdelen, ilk gəmidə 2 min 500 ton yardım materialının olduğunu xatırladıb.
“Hazırda təxminən 18 min 500 çadır, 17 mindən çox ədyal və müxtəlif sığınacaq materialları, 1000 ton un və 500 tona yaxın ərzaq bağlamalarından ibarət materiallarımızı göndərmək üçün buraya toplaşmışıq.” – deyə o qeyd edib.
Hafiz Rufizoğlu