Bakı, TurkicWorld
Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla keçməyə cəhd edən 1-i terror təşkilatı üzvü olan 6 nəfər Türkiyə sərhəd qüvvələri tərəfindən saxlanılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.
“Sərhədlərimizin təhlükəsizliyi üçün qanunsuz keçidlərə qarşı mübarizəmiz davam edir.” – deyə paylaşımda qeyd edilib
Bildirilib ki, araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən birinin PKK terror təşkilatının üzvü olduğu müəyyən edilib.
Hafiz Rufizoğlu