Bakı,TurkicWorld
Türkiyəli, tarixçi yazıçı İlber Ortaylı səhhətinə görə iki həftə istirahət edəcəyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə tarixçi, Prof. Dr. İlber Ortaylı X sosial media hesabında paylaşım edib.
O, paylaşımında bir müddətdir Koç Xəstəxanasında müalicə aldığını bildirib.
“Bir müddətdir ki, müalicə alıram. Yorğunluğum bir baxımdan yığılıb qalmış qüsurlarıma tibbi baxımdan səhlənkar şəkildə yanaşmağımın nəticəsidir. Mən bir-iki həftəlik istirahət dövründəyəm. Təbii ki, bu istirahət dağlara çəkilmək olmayacaq sadəcə həyat bir az yavaşlayacaq”,- deyə Ortaylı bildirib.
Çok değerli, sevgili okuyucularım, yazın sonunda bir yorgunluk oluyor. Bir müddettir Koç Hastanesi’nin değerli doktorlarının ve hemşirelerinin kontrolünde tedavi görüyorum. Bu tedavinin bazı hallerde sert tepkileri oluyor. Bir iki haftalık dinlenme süreci içindeyim. Bu dinlenme… pic.twitter.com/0V2XNFu09H
— İlber Ortaylı (@ILBERORTAYLIGSU) September 9, 2024