Son dəqiqə

Türkiyə İraq

İraqın şimalında 20 terrorçu hədəfi məhv edilib – Türkiyə MN

Bakı, TurkicWorld

İraqın şimalında Metina, Zap, Qara, Hakurk, Qəndil və Asosda 20 terror hədəfi məhv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.

“BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, PKK və digər terror ünsürlərini zərərsizləşdirərək İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhədimizi təmin etmək üçün təhlükəsizlik, 2 sentyabr 2024-cü il tarixində İraqın şimalındakı Metina, Zap, Qara, Hakurk, Qəndil və Asos bölgələrindəki terror hədəflərinə hava əməliyyatı keçirilib.” – deyə paylaşımda qeyd edilib.

Bildirilib ki, bu əməliyyatda terrorçular çoxlu sayda yerli və milli sursatdan istifadə edilərək zərərsizləşdirilib.

“Əməliyyat zamanı, günahsız insanlara, dost ünsürlərə, tarixi-mədəni sərvətlərə və ətraf mühitə zərər vurmamaq üçün hər cür tədbir görülüb.” – deyə paylaşımda qeyd edilib

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər