Bakı,TurkicWorld
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Hakurkda terror təşkilatı PKK/KCK-nın hücumlarında istifadə edilən əl istehsalı partlayıcıları hazırlayan iki terrorçunu zərərsizləşdirib.
TurkicWorld xəbər verir ki, PKK/KCK üzvləri Bahar Akyol və Nurbahar Karadağlının yeri MİT-in təşkilat daxilindəki agentləri vasitəsilə müəyyən edilib.
Onların bomba qurğularının hazırlanmasında ixtisaslaşdıqları da öyrənilib.
MİT terrorçuları izləməyə başlayıb.
PKK/KCK terrorçuları bomba qurğuları və əldəqayırma partlayıcılar hazırlayarkən dəqiq atəşlə zərərsizləşdirilib.