Bakı,TurkicWorld
Türkiyə İraqla oradakı hərbi mövcudluğunun dayandırılması ilə bağlı razılığa gəlmədiyini bildirib və terrorla mübarizənin davam etdiyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, ötən həftə Türkiyənin milli müdafiə naziri Yaşar Güler və İraqın müdafiə naziri Sabit Məhəmməd əl-Abbasi arasında anlaşma memorandumu imzalanıb.
Qeyd olunub ki, imzalanan memorandum Türkiyə əsgərlərinin İraq ərazisində mövcudluğunu dayandırmaq məqsədi daşımır.
“Razılaşma çərçivəsində iki ölkə Bağdadda müştərək təlim mərkəzi quracaq və terror təşkilatlarının dövlətlərin suverenliyinə yönəltdiyi təhdidlərin aradan qaldırılmasını təmin edəcək”,- deyə bildirilib.
Türkiyə Müdafiə Nazirliyi rəsmisinin sözlərinə görə, media orqanları Türkiyə və İraq müdafiə nazirlərinin imzaladığı mətndən fərqli anlaşma memorandumu dərc ediblər.