Bakı, TurkicWorld
Qırmızı kateqoriyalı terrorçu zərərsizləşdirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya öz sosial media hesabından paylaşım edib.
“29 nəfərin şəhid olduğu 16 hücumun əmri ilə bu hərəkətlərə şəxsən qatılan və qırmızı kateqoriyada axtarılan Bervar kod adlı PKK-nın "serhat əyalət komandiri" adlandırılan Seyran Çomak Ağrıda zərərsizləşdirilib.” – deyə Yerlikaya bildirib.
Yerlikaya qeyd edib ki, zərərsizləşdirən terrorçu qatıldığı hücumlarda 72 hüquq mühafizə əməkdaşının və iki mülki vətəndaşın yaralanmasına səbəb olub.
Hafiz Rufizoğlu