Son dəqiqə

Türkiyə İzmir

İzmirdə meşə yanğını baş verib

Bakı, TurkicWorld

İzmirin Karaburun bölgəsində meşəlik sahədə baş verən yanğına müdaxilə davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə İzmir Meşə Region Müdirliyi açıqlama verib.

Xəbər üzərinə İzmir Meşə Region Müdirliyinə aid xilasetmə qrupları və iş maşınları bölgəyə sövq edilib.

Yaşayış məntəqələrinə yaxın davam edən yanğında tüstüdən zərər çəkən 3 nəfər jandarma qrupları tərəfindən xilas edilərək sağlamlıq qruplarına təhvil verilib.

Qeyd edilib ki, yanğın naməlum səbəbdən baş verib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər