Son dəqiqə

Türkiyə xarici işlər nazirliyi

Türkiyə XİN İsrailin məktəbə hücumu ilə bağlı açıqlama verib

Bakı,TurkicWorld

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin, Qəzzanın Dərəc məhəlləsindəki məktəb binasına hücumu ilə bağlı açıqlama verib.

TurkicWorld bu barədə Türkiyənin KİV-ə əsasən məlumat verir.

Xarici İşlər Nazirliyinin açıqlamasında, soyqırım törədən İsrailin qarşısını almaq üçün addım atmayanların cinayətlərə ortaq olduğu diqqətə deyilib.

“İsrail Qəzza şəhərinin Dərəc məhəlləsində məktəb binasına sığınan yüzdən çox mülki vətəndaşı qətlə yetirərək insanlığa qarşı yeni cinayət törədib. İsraili dayandırmaq üçün addım atmayan beynəlxalq aktorlar bu cinayətlərdə ortaqdırlar”,- deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər