Bakı, TurkicWorld
Baykar şirləti zəlzələdən zərər çəkən insanlar üçün yardımlarını davam etdirir.
Bu barədə TurkicWorld-a Baykar şirkətindən məlumat verilib.
Bildirilib ki, zəlzələdən zərər çəkənlərin mənzil şəraitləri ilə bağlı Baykar şirkəti ilk gündən müxtəlif layihələri icra edir. Bunlardan biri də, mənzillərin inşa edilməsidir.
"Baykar olaraq #MənzilSəfərbərliyi çərçivəsində hədiyyə etdiyimiz 3 şəhərdə ümumilikdə 1012 evin daimi mənzil layihələrini sürətlə tamamlayırıq. Adıyamanda 349 evdən ibarət mənzil layihəmizdə tamamlanan mənzilləri zəlzələ qurbanlarımızın xidmətinə təqdim etməyə başladıq", - deyə Baykar şirkətindən bildirilib.
Hafiz Rufizoğlu