Son dəqiqə

Türkiyə Misir Hakan Fidan

Hakan Fidan Bedr Abdulatinin dəvəti ilə Misirə səfər edib

Bakı, TurkicWorld

Türkiyə xarici işlər naziri Hakan Fidan Misirli həmkarı Bedr Abdulatinin dəvəti ilə Misirə səfər edib.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Misir prezidenti Sisinin Türkiyəyə planlaşdırılan səfəri zamanı keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına hazırlıq müzakirə olunacaq.

Səfər zamanı, ikitərəfli siyasi, iqtisadi, mədəni əlaqələr və regiondakı cari hadisələr haqqında fikir mübadiləsi aparılacaq.

Məlumat üçün qeyd edək ki, Qəzzada baş verən hadisələr, Fələstin məsələsi və Qəzzaya humanitar yardım səfərin əsas gündəm maddələrindəndir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər