Bakı,TurkicWorld
Türkiyə Xarici İşlər Nazirliyi Somalinin paytaxtı Moqadişoda ötən gecə həyata keçirilən terror aktını pisləyib və başsağlığı mesajı yayıb.
TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin X sosial media hesabında paylaşım edilib.
“Həyatını itirənlərə Allah rəhmət etsin, yaxınlarına, Somali xalqına və hökumətinə başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirəm” ,- deyə terror aktı pislənilib.
Həmçinin açıqlamada, Türkiyənin terrorla mübarizədə Somalinin yanında olduğu da qeyd edilib.
Somali’de Gerçekleştirilen Terör Saldırısı Hk. https://t.co/jDhns5l6HR pic.twitter.com/fhGpW8Vq2b
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) August 3, 2024