Son dəqiqə

Yaxın Şərqdə müharibənin miqyası genişlənəcək - Türkiyə MN

Bakı. TurkicWorld:

Yaxın Şərqdə müharibənin miqyası genişlənəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.

Onun sözlərinə görə, müharibənin genişlənməsi İsrailin Yəmən və Livana hücumları ilə əlaqədardır. Bu, regionda gərginliyin artmasına təsir edir.

Qeyd edək ki, 31 iyul Tehrandakı insidentdən sonra Qərbin yüksək vəzifəli diplomatları İranın cavab tədbirlərinin qarşısını almaq və Yaxın Şərqdə müharibənin miqyasının genişlənməməsi məqsədilə fəal danışıqlar aparırlar.

Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda yerləşdiyi məkana yerli vaxtla təxminən 02:00-da raket zərbəsi endirilib. İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra baş verən hücum nəticəsində HƏMAS lideri həlak olub.