Bakı, TurkicWorld
Muğla sahillərində 67 qeyri-qanuni miqrant xilas edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı rəsmi internet saytında paylaşım edib
Komandanlıqından verilən açıqlamaya görə, Bodrum sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni miqrant olduğu xəbəri üzərinə bölgəyə sahil mühafizə gəmisi göndərilib.
Komandalar Yunan ünsürləri tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan rezin qayıqdan 13-ü uşaq olmaqla 67 qeyri-qanuni miqrantı xilas edib.
Qeyri-qanuni miqrantlar əməliyyatların ardından Vilayət İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
Hafiz Rufizoğlu