Bakı,TurkicWorld
Mən HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda xaincəsinə öldürülməsini qətiyyətlə pisləyirəm.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
"Bu qətl Fələstin davasını, şanlı Qəzzə müqavimətini və fələstinli qardaş və bacılarımızın ədalətli mübarizəsini sarsıtmağa, fələstinliləri ruhdan salmağa və qorxutmağa yönəlmiş qorxaq bir hərəkətdir.Qardaşım İsmayıl Haniyəyə qarşı sui-qəsdin məqsədi daha öncə Şeyx Əhməd Yasin, Əbdüləziz Əl Rantisi və bir çox digər Qəzzalı siyasi xadimlərə qarşı iyrənc hücumların məqsədi ilə eynidir; Lakin sionist barbarlığı indiyə qədər olduğu kimi öz məqsədlərinə yenə çata bilməyəcək."- o deyib.
Qeyd edək ki, bu gün gecə iki radələrində HƏMAS siyasi bürosunun lideri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehranda qaldığı evə edilən raket zərbəsi nəticəsində öldürülüb. Raket İran hava məkanından kənarda İsrail qırıcısı tərəfindən atılıb.
HƏMAS lideri Sami Əbu Zühri İsmayıl Haniyyənin Tehranda öldürülməsinin mübarizəyə təsir etməyəcəyini bildirib.
“HƏMAS Qüdsün azadlığı uğrunda açıq-aşkar müharibə aparır və müxtəlif bədəllər ödəməyə hazırdır. HƏMAS elə bir qurum və ideologiyadır ki, onun liderlərindən hər hansı birinin öldürülməsindən təsirlənməyəcək.”- deyə o bildirib.
İslami Cihad Hərəkatının baş katibinin müavini Məhəmməd əl-Hind, Haniyənin qətlini Fələstin xalqı üçün böyük itki adlandırıb.
“HƏMAS hər hansı bir boşluğu birbaşa dolduracaq böyük bir hərəkatdır, Haniyənin gənc yaşlarından şahidi olduğu kimi.”-deyə o bildirib.
HƏMAS Siyasi Bürosunun Üzvü Musa Əbu Merzuk Haniyənin qətlininin nəticəsiz qalmayacağını deyib.