Son dəqiqə

Türkiyə kibertəhlükəsizlik KAAN

KAAN-nın kiber təhlükəsizliyini də Türkiyə şikəti təmin edir

Bakı,TurkicWorld

Türkiyənin mülki və hərbi sahədə fəaliyyət göstərən texnologiya şirkəti STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş) milli KAAN təyyarəsinin platforma kiber təhlükəsizliyini təkmilləşdirir.

TurkicWorld xəbər verir ki, bu haqda STM tərəfindən hazırlanan hesabatda məlumat verilir.

Müdafiə sənayesi istehsalında portfelinə hər gün yeni bir məhsul əlavə edən Türkiyə o məhsulları kiber hücumlarından qorumaq üçün də tədbirlər alır. Buna görə də STM milli KAAN təyyarəsinin platforma kiber təhlükəsizliyini təkmilləşdirir. Bu kontekstdə STM platforma kibertəhlükəsizliyi, məsləhət və mühəndislik sahələrində olmaqla KAAN-a iki mərhələdə dəstək göstərir.

KAAN-ın kiber təhlükəsizliyi ilə bağlı hücumların baş verə biləcəyi ən kritik nöqtələrə investisiyalar edilir. Bu kontekstdə STM kibertəhlükəsizlik arxitekturasının yaradılmasını, kibertəhlükəsizlik risklərinin müəyyən edilməsini və kibertəhlükəsizlik tələblərinin hazırlanmasını təmin edir.

STM təkcə kibertəhlükəsizlik tərəfində KAAN-a dəstək vermir, həm də məsləhət və mühəndislik baxımından əməkdaşlıq mövcuddru.

STM tərəfindən hazırlanan hesabatda, müdafiə sənayesindəki platformaların kiber təhlükəsizliyinə diqqət çəkilir. Hesabatda bugünkü müharibələrin əhəmiyyətli hissəsinin əsasən kiber dünyada baş verdiyi vurğulanır və ölkələrin müdafiə imkanlarını zəiflətmək üçün tez-tez kiberhücumların təşkil edildiyi qeyd edilir. Platformalara edilən kiber hücumlarının dövlətlərin müdafiə strategiyalarının əhəmiyyətindən asılı olaraq artdığını müşahidə edən hesabata görə, məsələn, dünyada avtomobillərə edilən kiberhücumların tezliyinin 2018-ci ildən 2021-ci ilə qədər 225 faiz artdığı müəyyən edilib.

Hesabatda qeyd edilir ki, Türkiyədə platformalar kibertəhlükəsizlik riskləri də nəzərə alınmaqla təkmilləşdirilməlidir, PUA və SİHA sistemləri (TOGAN, KARGU və ALPAGU), yerüstü və sualtı platformalar, döyüş pilotsuz təyyarə sistemi (MIUS), milli döyüş təyyarələri (MMU), MİLGEM , Togg yerli avtomobilin bu mənada əhəmiyyətli olduğu vurğulanır.

Hesabatda dəniz platformalarına edilə biləcək kiberhücumlar da ətraflı müzakirə edilib. Hesabatda dəniz platformasının bort informasiya texnologiyaları və əməliyyat texnologiyası sistemlərinin quru sistemləri kimi asanlıqla sındırıla bildiyi və bu cür təhlükəsizlik problemlərinin gəmilərin, limanların, dəniz obyektlərinin və digər ünsürlərin təhlükəsizliyinə əhəmiyyətli zərər verə biləcəyi vurğulanıb.

Hesabatda hücum edəcək qrupların zərərli proqramlardan istifadə edərək gəmilərin avtomatik identifikasiya sisteminə, elektron xəritə göstərmə və məlumat sisteminə, qlobal yerləşdirmə sisteminə (GPS), mühərrik hissələrinə və radarlara kiberhücumlar edə biləcəyi və bu hücumların gəmilərin qaçırılmasına səbəb ola biləcəyi qeyd edilir. Həmçinin, naviqasiya sistemlərinin dayanmasına və ya yanlış istiqamətləndirilməsinə, rabitənin kəsilməsinə, platforma məlumatlarının məhv edilməsinə və oğurlanmasına səbəb ola biləcəyi müəyyən edilmişdir.

Mövzuya görə xəbərlər