Bakı, TurkicWorld
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Somali prezidenti Həsən Şeyx Mahmudla ikitərəfli əlaqələri müzakirə edib.
TurkicWorld xəbər verir ki, iki lider arasında telefon danışığı baş tutub.
Görüşdə Türkiyə ilə Somali arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
“Türkiyə vasitəçilik fəaliyyətini intensiv şəkildə davam etdirir” – deyə Ərdoğan qeyd edib.
Ərdoğan, Somalinin terrorla mübarizəsinə verilən dəstəyin davam edəcəyini bildirib.
O, iki ölkə arasında enerji və müdafiə başda olmaqla bir çox sahədə əməkdaşlığın getdikcə daha çox davam edəcəyini vurğulayıb.
Hafiz Rufizoğlu