Bakı,TurkicWorld
Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz İsrailin xarici işlər naziri Yisrael Katzın prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan sözlərinə reaksiya verib.
TurkicWorld xəbər verir ki, bu barədə Yılmaz X sosial media hesabında paylaşım edib.
“Beynəlxalq Ədalət Məhkəməsində soyqırım və döyüş cinayətləri ilə mühakimə olunan Netanyahu administrasiyasından prezidentimizə qarşı limitsiz açıqlamalar verilir. Daimi atəşkəsə və sülhə nail olmaq üçün onun hərbi imkanları tükənib”,- deyə Yılmaz bildirib.
Qeyd edək ki, İsrailin xarici işlər naziri Yisrael Katz Türkiyə ilə bağlı “İsrailliləri öldürmək üçün HƏMAS terror təşkilatını silah və pulla təmin edir. İsrail Daxili Təhlükəsizlik Xidməti Şin Bet Zeit Universitetinin tələbələri olan HƏMAS terror qruplaşması üzvlərini ələ keçirib. Sözügedən qruplaşmaya Həmas-ın Türkiyədəki qərargahı komandanlıq edirdi. Ələ keçirilən terrorçular əldə etdikləri hərbi təlim, silah və minlərlə dollarla İsraildə terror aktı törətməyi planlaşdırırdılar.
Radikal və antisemitizm ideologiyası naminə Ərdoğan Türkiyəni terroru dəstəkləyən ölkəyə çevirir və İranın rəhbərlik etdiyi şər oxuna yaxınlaşdırır” – ifadələri yer almışdı.