Bakı, TurkicWorld
Türkiyə Silahlı Qüvvələrinin Somalidə 2 il xidmət etməsini nəzərdə tutan Prezident fərmanı Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilib.
TurkicWorld xəbər verir ki, TBMM Baş Assambleyasında Türkiyə Silahlı Qüvvələrinin Somalidəki vəzifə müddətinin daha 2 il uzadılmasını nəzərdə tutan memorandumu müzakirə edilib.
Siyasi partiya nümayəndələrinin çıxışlarından sonra keçirilən səsvermədə Prezident mandatı qəbul edilib.
Memorandumda türk əsgərlərinin Somalidə terror və digər təhdidlərə qarşı təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətləri dəstəkləmək üçün təyin edildiyi bildirilib.
Hafiz Rufizoğlu