Son dəqiqə

Selçuk Bayraktar

Selçuk Bayraktar proqram sistemində yaşanan problemə fikir bildirib

Bakı,TurkicWorld

Türkiyənin Baykar şirkətinin Selçuk Bayraktar İdarə Heyətinin sədri Selçuk Bayraktar proqram sistemində yaşanan qlobal problemə fikir bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Bayraktar X sosial media hesabında paylaşım edib.

“Bütün dünyaya rifah yayması gözlənilən yüksək texnologiya və innovasiyalar dünya sistemini kilidləyir”,- deyə Bayraktar paylaşımında qeyd edib.

Həmçinin Bayraktar dünən yaşanan bu hadisəni tam müstəqil Türkiyə üçün Milli Texnologiya Hərəkatı adlandırdıb.

“Bir əməliyyat sistemi, bir axtarış sistemi, bir və ya iki sosial media platformasının yalnız birinin dağılması az qala dünyanın bütün əlaqəli dövlətlərinin kritik infrastrukturunun çökməsinə səbəb olur”,- deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın “Microsoft” texnologiya şirkətinin sistemindəki nasazlıq bir çox sektorlara təsir edib. İnternet şəbəkələrində yaranan problem səbəbindən bir çox sektorlarda fasilələr yaranıb. Televiziya kanallarında yayımlar kəsilib və bütün dünyada uçuşlar dayandırılıb.

Mövzuya görə xəbərlər