Bakı,TurkicWorld
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT), terror təşkilatı PKK-nın qondarma kəşfiyyat strukturunda çalışan Halil kod adlı Sadık Topaloğlu və Mehmet Savaşı İstanbulda yaxalayıb.
TurkicWorld xəbər verir ki, MİT, terror təşkilatı PKK-nın kəşfiyyat hücrəsini yıxıb.
MİT, terror təşkilatının kəşfiyyat strukturunda olan Sadık Topaloğlunu müəyyən etdikdən sonra onu nəzarətə götürüb. Topaloğlunun qeyri-qanuni yollarla Kandilə getdiyi və kəşfiyyat təlimlərimdə iştirak etdiyi məlum olub.
Təlim prosesində PKK-nın liderlərindən olan Cuma kodu Cəmil Bayıkla görüşdüyü müəyyən edilib. Sadık Topaloğlunun Türkiyəyə təyinat aldıqdan sonra jurnalistika adı altında terror təşkilatı üçün məlumat topladığı üzə çıxıb.
MİT və İstanbul polisinin birgə əməliyyatı ilə zərərsizləşdirilən PKK üzvləri Sadık Topaloğlu və Mehmet Savaş terror təşkilatına üzv olduqları üçün həbs olunublar.