Son dəqiqə

Suriya İbrahim Kalın Ankara Yaşar Güler Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Hakan Fidan Türkiyə XİN

Ankarada Türkiyə-Suriya arasında təhlükəsizlik mövzusunda görüş keçiriləcək

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə və Suriya rəsmiləri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq və regional inkişaflarla bağlı məsələlərin müzakirə olunacağı görüş 12 oktyabrda Ankarada baş tutacaq.

TurkicWorld xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.

Nazirliyin açıqlamasına görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, həmçinin onların suriyalı həmkarları iştirak edəcəklər.

Görüşdə ikitərəfli təhlükəsizlik məsələləri, sərhəd bölgələrindəki vəziyyət və son regional proseslər gündəmdə olacaq.

Mövzuya görə xəbərlər