Son dəqiqə

Türkiyə TBMM

Türkiyə Böyük Millət Məclisində 15 iyul anma mərasimi keçirilib

Bakı, TurkicWorld

Türkiyə Böyük Millət Məclisinin Mərasim Salonunda 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə anma mərasimi keçirilib.

TurkicWorld xəbər verir ki, TBMM sədri Numan Kurtulmuşun ev sahibliyi ilə 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anma mərasiminə vitse-prezident Cevdet Yılmaz da qatılıb.

Tədbirdə CHP sədri Özgür Özel, AK Partiya TBMM Qrup sədri Abdullah Güler, kabinet üzvləri, keçmiş TBMM sədrləri, HUDA-PAR sədri Zekeriyya Yapıcıoğlu, Böyük Birlik Partiyasının sədri Mustafa Destici, siyasi partiya nümayəndələri, 15 İyul şəhid ailələri, qazilər və çox sayda qonaq iştirak edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın 15 iyul çevriliş gecəsi canlı yayımda xalqı meydanlara dəvət etdiyi nitq, həmin gecədən görüntülər və məscidlərdən oxunan salamlar videoda əks olunub.

Daha sonra AK Partiya İstanbul Millət vəkili və bəstəkar Yücel Arzen Hacıoğullarının rəhbərliyi ilə TRT polifonik musiqi xorunun müşayiəti ilə “15 İyul” adlı konsert təqdim olunub.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər