Son dəqiqə

Türkiyə Fahrettin Altun

15 iyul dünyadakı ən xain çevriliş cəhdidir – Fahrettin Altun

Bakı,TurkicWorld

15 iyul, Türkiyə və hətta dünya tarixinin ən xain çevriliş cəhdlərindən biridir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun öz X sosial media hesabında deyib.

“Demokratiya tarixində görünməmiş bir xəyanətdir. Qlobal istismar nizamının aləti olan terror təşkilatı FETÖ tərəfindən həyata keçirilən işğal cəhdidir”,- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd etməsindən 8 il ötür. Həmin gecə baş verənlər nəticəsində 300-dən çox insan həyatını itirib, 1491 nəfər yaralanıb. Çevriliş cəhdi zamanı 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın yüngül silahdan istifadə edilib.

Mövzuya görə xəbərlər