Bakı, TurkicWorld
Türkiyənin Muğla vilayətində 108 qeyri-qanuni mühacir saxlanılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Komandanlığından məlumat verilib.
Açıqlamada qeyd edilib ki, sahillərdə yelkənli qayıqda bir qrup qeyri-qanuni mühacirin olması xəbəri üzərinə Sahil Mühafizəsinin qayıqları bölgəyə göndərilib.
Əməliyyat zamanı 108 qeyri-qanuni mühacir, 3 mühacir qaçaqmalçılığı ilə məşğul olan şəxs saxlanılıb.
Qeyri-qanuni mühacirlər Vilayət Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
Hafiz Rufizoğlu