Son dəqiqə

Türkiyə Ali Yerlikaya terror aktı

Türkiyədə qırmızı kateqoriyada olan terrorçu məhv edilib

Bakı.TurkicWorld :

Türkiyə jandarmasının Batman şəhərindəki Gercüş ərazisində həyata keçirdiyi "Bozdağan-45" əməliyyatı nəticəsində qırmızı kateqoriyada olan terrorçu Sultan Dağ öldürülüb.

TurkicWorldxəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində məlumat yayıb.

O bildirib ki, "Beritan Amara" kod adlı terrorçu rəhbər şəxslərdən olub.

Əməliyyat nəticəsində "Zeynep Cüdi" kod adlı Zeynep Nibat da məhv edilib.

Adıçəkilən şəxslərin Türkiyə hüquq-mühafizə orqanlarına qarşı bir neçə terror aktında iştirak etdiyi bildirilir.

Mövzuya görə xəbərlər