Son dəqiqə

Türkiyə Ərzincan

Türkiyədə torpaq altında qalan doqquz işçinin cəsədi tapılıb

Bakı,TurkicWorld:

Türkiyənin Ərzincan rayonunda baş verən torpaq sürüşməsi nəticəsində dağıntılar altında qalan doqquz işçinin cəsədi tapılıb.

TurkicWorld xəbər verir ki, işçilərin cəsədləri tanınmaz halda olduğu üçün, ailələrdən alınan DNA nümunələri ilə müqayisə aparılıb.

Aparılan əməliyyatlardan sonra dağıntılar altında qalan işçilərin hamısının yerdən çıxarıldığı məlum olub.

Qeyd edək ki, Ərzincanın İliç ilində fevralın 13-də torpaq sürüşməsi hadisəsi baş vermişdir. Dağıntılar altında qalan son beş nəfərin cəsədi 116 gün sonra tapılıb.

Mövzuya görə xəbərlər