Son dəqiqə

Türkiyə Türk Hava Yolları

Türk Hava Yolları beş ay ərzində 30 milyondan çox sərnişin daşıyıb

Bakı. TurkicWorld:

Türk Hava Yolları beş ay ərzində 30 milyondan çox sərnişin daşıyıb.

TurkicWorld xəbər verir ki, Türk Hava Yolları (THY) 2024-cü ilin may ayı üçün trafik və sərnişin məlumatlarını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) açıqlayıb.

İlin ilk 5 ayının trafik və sərnişin məlumatlarına görə, THY-nin sərnişin sayı 32,8 milyon, sərnişin sayı isə keçən ilin eyni dövrünə görə 5,7 % artıb.

Aviaşirkətin sözügedən dövr üzrə trafik nəticələrinə görə, 2023-cü ilin may ayında 7,4 milyon olan sərnişinlərin ümumi sayı 2024-cü ilin eyni dövründə 1,7 faiz azalaraq 7,2 milyon olub.

2023-cü ilin may ayında beynəlxalq-beynəlxalq transfer sərnişinlərinin sayı 2,4 milyon olduğu halda, 2024-cü ilin eyni dövründə 3,6 faiz artaraq 2,5 milyona çatıb.

2023-cü ilin may ayında yük-poçt daşınması 135,4 min ton olduğu halda, 2024-cü ilin eyni dövründə 28,8 faiz artaraq 174,4 min tona çatıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər