Son dəqiqə

Türkiyə İstanbul Ali Yerlikaya

Türkiyədə 373 kiloqram narkotik maddə ələ keçirilib

Bakı,TurkicWorld:

Türkiyənin İstanbul şəhərində NARKOÇELİK-20 əməliyyatlarında 373 kiloqram narkotik maddə ələ keçirirlib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

“İstanbul Polis İdarəsi tərəfindən Cənubi Amerikadan ölkəmizə kokain daşımağa çalışan narkotik mütəşəkkil cinayət təşkilatına qarşı təşkil edilən “NARKOÇELİK-20″ əməliyyatlarında 373 kiloqram kokain ələ keçirilib”-, deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, əməliyyat nəticəsində doqquz nəfər saxlanılaraq istintaqa cəlb olunub.

Mövzuya görə xəbərlər