Son dəqiqə

Azərbaycan Türkiyə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi

Türkiyəyə səfər edən azərbaycanlıların sayı artıb

Bakı. TurkicWorld:

2024-ci ilin aprelində Azərbaycandan Türkiyəyə 66 min 228 turist səfər edib ki, bu da 2023-cu ilin apreli ilə müqayisədə 26,39 faiz çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,83 faiz təşkil edib.
2024-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 258 741 şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,02 faiz azdır.

2024-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,43 faiz təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2024-ci ilin aprelində Türkiyəyə 3 milyon 611 min 244 turist səfər edib ki, bu da ötən ilin iyulu ilə müqayisədə 8,71 faiz çoxdur.
2024-ci ilin yanvar-aprel aylarında 10 milyon 654 min 94 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,75 faiz çoxdur.

Mövzuya görə xəbərlər