Bakı, TurkicWorld:
Beynəlxalq investorlar və çoxmillətli brendlər üçün Türkiyəyə investisiya ayırmaq həmişə əlverişlidir.
TurkicWorld xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Banklar Federasiyasının sədri Mohammed El Etreby deyib.
"Türkiyə G20-nin üzvüdür və ən mühüm məhsuldar ölkələrdən biridir. Bundan əlavə, beynəlxalq təchizat zəncirində də çox mühüm mövqedədir", - deyə o əlavə edib.
İstanbulun çox strateji bir bölgədə yerləşdiyini vurğulayan Etreby, Avropa ilə Asiya arasında körpü olan bu şəhərdə Türkiyə-Ərəb iqtisadi əlaqələrini gücləndirmək məqsədilə tədbirdə bir çox iclasların keçiriləcəyini də bildirib.