Bakı. TurkicWorld:
Türkiyə ilə Avropa İttifaqı arasında yüksək səviyyəli ticarət komitəsinin yaradılması təklif edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat Praqada Dünya Türk İş Şurasının (DTİK) Çexiya və Avropa Nümayəndələr Şurasının nümayəndələri ilə görüşü zamanı bildirib.
"Bu komitə qarşılıqlı ikitərəfli problemlərimizi həll etmək üçün mühüm platforma olacaq", - deyə o vurğulayıb.
Bolat qeyd edib ki, Çexiya ilə Türkiyə arasındakı münasibətlərdə kritik məsələlərdən birincisi vizadır və bu məsələyə İqtisadiyyat və Ticarət Birgə Komitəsinin iclasında yenidən baxılacaq.