Son dəqiqə

Türkiyə Braziliya

Türkiyə XİN Braziliyada həyatını itirənlərə başsağlığı verib

Bakı. TurkicWorld:

Türkiyə Xarici İşlər Nazirliyi Braziliyada daşqın nəticəsində həyatını itirənlərə başsağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XİN yazılı bəyanat yayımlayıb.

“Braziliyada həddindən artıq yağışlar və daşqınlar nəticəsində insan tələfatı və ağır tələfatdan çox kədərlənirik.Braziliya hökumətinə və xalqına və həyatını itirənlərin yaxınlarına başsağlığı veririk” – deyə bəyanatda qeyd edilib.

Xatırladaq ki, Braziliyanın cənubundakı Rio Grande do Sul əyalətində ötən həftədən bəri davam edən yağışların ardından meydana gələn daşqınlarda çox sayda insan həyatını itirib.

Əyalətin mülki müdafiə bölməsindən verilən açıqlamada ölənlərin sayının 107-yə, itkin düşənlərin sayının 136-ya yüksəldiyi, 374 yaralının xəstəxanalarda müalicə olunduğu, axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər