Son dəqiqə

hərbi təlimlər Türkiyə Silahlı Qüvvələri

Türkiyə Silahlı Qüvvələri üç böyük təlim keçirəcək

Bakı, TurkicWorld:

Türkiyə Silahlı Qüvvələri (TSQ) may ayında üç əsas təlim keçirəcək.

TurkicWorld xəbər verir ki, Dənizkurdu, Beynəlxalq Anadolu Feniksi və EFES-2024 təlimləri baş tutacaq.

Təlimlərin məqsədi şəxsi heyətin xilasetmə əməliyyatları çərçivəsində komanda və idarəetmə prosesini sınaqdan keçirmək və təkmilləşdirməkdir.

Bundan başqa, şəxsi heyətin xilasetmə əməliyyat qrupunun döyüş şəraitində digər ölkələrlə qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək və əməkdaşlıq sahələrini müəyyən etmək təlimlərin əsas prioritetlərindəndir.

Mövzuya görə xəbərlər