Bakı. TurkicWorld:
İraqın şimalındakı sığınacaqlarından qaçan iki PKK terrorçusu Haburdakı Sərhəd Nəzarət Məntəqəsinə təslim olub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd edilib.
“İraqın şimalında keçirilən əməliyyatları ilə küncə sıxışdırılan terror təşkilatı PKK-dan qaçışlar davam edir. İraqın şimalındakı sığınacaqlarından qaçan iki PKK terrorçusu Haburdakı Sərhəd Mühafizə Məntəqəmizə təslim olub.” – deyə açıqlamada bildirilib.
Qeyd edilib ki, terrorla mübarizə qətiyyətlə davam etdirilir.
Hafiz Rufizoğlu