Bakı. TurkicWorld:
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bu həftə partiya qruplarını ziyarət edərək yeni konstitusiya danışıqlarına başlayacaq.
TurkicWorld xəbər verir ki, daha sonra TBMM Baş Assambleyasında ümumi müzakirələri tamamlanan enerji sahəsində qanun layihəsi davam etdiriləcək.
Təklif yerli istehsal və idxal olunan təbii qazın Türkiyədə mayeləşdirilməsi və LNG kimi dünya bazarlarına çıxarılması imkanını ehtiva edir.
Qeyd edək ki, Türkiyədə 1982-ci ildən qüvvədə olan konstitusiyaya 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib.