Son dəqiqə

İstanbul Hava Limanı

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı olub

Bakı. TurkicWorld:

İstanbul Hava Limanı 15-21 aprel tarixləri arasında Avropanın ən işlək hava limanı olub.

TurkicWorld xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatı dərc olunub.

Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1 424 uçuş həyata keçirərək Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul hava limanını gündə 1 314 uçuşla Amsterdam Schiphol, 1 306 reyslə London Hitrou hava limanı izləyib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər