Afrika xalqı ilə münasibətlərimizi gücləndirməyi hədəfləyirik - Numan Kurtulmuş

Afrika xalqı ilə münasibətlərimizi gücləndirməyi hədəfləyirik - Numan Kurtulmuş

Bakı. TurkicWorld:

Afrika xalqı ilə münasibətlərimizi gücləndirməyi hədəfləyirik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ankaraya səfər edən Fil Dişi Sahili Milli Məclisinin sədri Adama Bictogo ilə görüşü zamanı deyib.

“Beləliklə, biz hər sahədə birgə layihələr hazırlayaraq, ölkələrimizin qarşılıqlı maraqlarını təmin edəcək şəkildə əlaqələrimizi inkişaf etdirmək istəyirik”. – deyə Kurtulmuş deyib.

O, iki ölkə arasında əlaqələrdə əhəmiyyətli sürətlənmə əldə edildiyini bildirib.

Ticarət, kənd təsərrüfatı, enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığın hər iki ölkənin marağında olduğunu deyən Kurtulmuş, Bictogonun Türkiyəyə səfərinin Türkiyə-Fildişi Sahili əlaqələrinin inkişafına müsbət töhfə verəcəyini bildirib.

Hafiz Rufizoğlu