Türkiyədə TikTok məhdudlaşdırıla bilər

Türkiyədə TikTok məhdudlaşdırıla bilər

Bakı. TurkicWorld:

Türkiyədə TikTok-a sanksiyalar tətbiq edilə bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasının sədri Hüseyn Yayman bildirib.

"TikTok ABŞ, Avropa və dünyanın digər ölkələrində bu özünü idarə etmə mexanizmlərinə əməl etdiyi halda, Türkiyədə niyə əməl etmir? Burada insanların pul, ianə toplamaq adı altında əxlaqsız davranışları nə bizim yerli qanunlara, nə də ümumbəşəri normalara uyğun gəlmir”, - deyə o qeyd edib.

Yayman onu da vurğulayıb ki, yaxın günlərdə TikTok nümayəndələri yenidən TBMM-ə çağırılacaq.

"Bəzi vədlər var, amma görürük ki, bu vədlər yerinə yetirilmir. Türkiyənin Nəqliyyat və İnfrastruktur, həmçinin, İnformasiya Texnologiyaları və Rabitə Qurumu ilə razılaşdırılaraq, reklam və ticarət qadağalarına və lisenziyanın ləğvinə qədər sanksiya imkanları mövcuddur. Bunların hamısını millətimizin tələbləri istiqamətində dəyərləndirəcəyik. Yaxın günlərdə bu məsələni yenidən daha intensiv və əhatəli şəkildə müzakirə edəcəyik”, - deyə o əlavə edib.

X: Lamanasadli01